Qurbanovun oğlu “Qarabağ”da debüt etdi
20.12.2019 , 21:46

Qurban Qurbanovun oğlu Musa Qurbanlı “Qarabağ”ın əsas komandasında debüt edib.
Korner.az xəbər verir ki, o, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” ilə hazırda davam edən matçında meydana daxil olub.
17 yaşlı hücumçu ikinci hissədə Riçard Almeydanı əvəzləyib.
