Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
04.07.2022 , 13:06

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqin (15 dəqiqə) vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. 21:00-da isə “atlılar”ın “Poznan” stadionunda məşqi reallaşacaq.
“Lex” – “Qarabağ” oyunu sabah saat 22:00-da baş tutacaq.
