Qurbanovun komandası mövsümü məğlubiyyətlə bitirdi
11.12.2020 , 17:48

Gürcüstan çempionatında mövsümə yekun vurulub.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi Samtrediya” 18-ci turda səfərdə “Saburtalo” ilə qarşılaşıb. Onun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Nicat bu görüşün iştirakçısı olmayıb. Qurbanovun adı oyunun iştirak ərizəsinə də daxil edilməyib.
“Samtrediya” mövsümü 19 xalla 10 komanda arasında 7-ci pillədə başa vurub.
