Qurbanovun komandasından doğma meydanda məğlubiyyət
01.12.2020 , 19:46

Gürcüstan çempionatında XVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” doğma meydanda Batumi “Dinamo”una uduzub – 1:2.
Nicat bu görüşün iştirakçısı olmayıb. Qurbanov bu oyunun iştirak ərizəsində də yer almayıb.
17 turdan sonra hesabında 19 xal olan “Samtrediya” 10 komanda arasında 7-cidi.
