Qurbanovsuz qələbə
04.10.2020 , 12:30

Gürcüstan çempionatında XII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” doğma meydanda Qori “Dila”sına qalib gəlib – 1:0.
Nicat bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
“Samtrediya” 12 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.
