Qurbanovlu “Samtrediya”dan qələbə
05.11.2020 , 19:38

Gürcüstan çempionatında XV turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” doğma meydanda “Merani”yə qalib gəlib – 2:0.
Nicat da bu görüşün iştirakçısı olub. O, oyunun 46-cı dəqiqəsində meydana çıxıb.
15 turdan sonra hesabında 19 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
