Qurbanovlu “Samtredia” səfərdə məğlub oldu
02.03.2020 , 20:36

Gürcüstan çempionatının ilk turunun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtredia” səfərdə “Lokomotiv”ə 3:1 hesabı ilə uduzub.
Nicat da oyunun iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana daxil olub.
