Qurbanovdan Yankoviç açıqlaması
09.01.2026 , 13:55
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, yarımmüdafiəçi Marko Yankoviçin qış fasiləsində komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Korner.az xəbər verir ki, 53 yaşlı mütəxəssis futbolçunun komandadakı durumunun normal olduğunu qeyd edib.
O, hazırda heç bir problem olmadığını və Yankoviçin ayrılacağı ilə bağlı məlumatının olmadığını vurğulayıb.