Futbol

Qurbanovdan mövsümdə 2-ci qol

05.07.2020 , 12:00

Gürcüstan çempionatında IV turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” səfərdə “Telavi”yə məğlub olub – 1:3.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən Qurbanov vurub.

“Samtrediya” 4 xalla 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı