“Əfran İsmayılovun “Qarabağ”a transfer edilməsi kimi söhbət yoxdu. Onunla maraqlanmırıq”.
Bu sözləri korner.az-a açıqlamasında “Qarabağ”ın baş məçqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun baş məşqçisi daha sonra sözlərinə belə davam edib:
“Əfran yanvardan bu yana oynamağa başlayıb. O bir müddət zədə səbəbindən oynaya bilmədi. Bugün də yaxşı oynadı. Ancaq onun adı bizim transfer siyahımızda yoxdu”.
