Qurbanov zirvədə, Əmirquliyevlə Sadiqov fərqi azaldır
24.03.2020 , 13:34

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu ölkə çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, 8 aydır davam edən mövsüm ilk onluqda yer alan üç futbolçunun irəliləməsi ilə nəticələnib.
Rahid Əmirquliyev və Rəşad Sadiqov 2-ci yerə şərik olaraq, Azər Məmmədovu bu mövqedən sıxışdırıblar. Rəşad Sadıqov isə Elnur Abdullayevi keçməklə 9-cu olub.
Siyahıya isə Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. O, Sadiqovla Əmirquliyevi 29 oyun qabaqlayır.
İlk onluq belədir:
1. Mahmud Qurbanov – 421
2-3. Rəşad Sadiqov – 392
2-3. Rahid Əmirquliyev – 392
4. Azər Məmmədov – 388
5. Aslan Kərimov -382
6. Rəşad Abdullayev – 378
7. Aqil Məmmədov – 363
8. İsmayıl Məmmədov -351
9. Rəşad Sadıqov – 343
10. Elnur Abdullayev – 334
