Premyer Liqanın XXI turunda səfərdə AZAL-la qarşılaşacaq “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlıqlarına başlayıb.
Korner.az-ın məlumatına görə, “Rəvan”la matçdan sonra komandaya dincəlmək imkanı verməyən baş məşqçi Mahmud Qurbanov “Dalğa Arena”da yetirmələrini məşqə çıxarıb. Hazırlıq prosesindən sonra nahara çıxan futbolçular istirahətə buraxılıblar. Növbəti məşq bu gün saat 11:00-a təyin olunub.