Topaz Premyer Liqasının 25-ci turunda “Xəzər Lənkəran” səfərdə “Kəpəz”i 2-1 hesabı ilə məğlub etdi.
Korner.az hər iki klubun baş məşqçilərinin oyundan sonra səsləndirdiyi fikirlərlə sizi tanış edir:
Con Benjamin Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “İlk hissəyə yaxşı başlamadıq. Rəqiblə bərabər mübarizə apardıq. Qollarımızı ilk hissədə vursaq da, “Kəpəz” bu hesaba layiq deyildi. İkinci hissədə isə 4-5 qol imkanından yararlana bilmədik. Oyunun son dəqiqələrində qol buraxmağımız məni məyus etdi”.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Rəqib komandanın baş məşqçisi ilə razıyam. İlk hissədə iki qol buraxmağa layiq deyildik. Komanda meydanda sonadək mübarizə apardı. Oyundan sonra komanda üzvlərinə oyuna görə təşəkkürümü bildirdim”.
