Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-09-17&&dateTo=2019-09-18): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Premyer Liqa

Qurbanov: “Son zamanların ən yaxşı derbisini izlədik”

26.08.2018 , 23:13

“Komandanı təbrik etmək istəyirəm. Son vaxtların ən yaxşı derbisini gördük”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Topaz Premyer Liqasının III turunda öz meydanında “Neftçi” ilə heç-heçə edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Sona qədər mübarizə apardıq. Oyundan razı qaldım. Hər iki komandanın ifasında yaxşı oyunun şahidi olduq. Hər iki komandaya uğurlar arzulayıram”.

– Miçellə Zubirin son durumu necədir?

– Miçelin zədəsi ciddidir, 10-15 gün oynamayacaq. Zubiri isə meydana buraxmağa risk etmədik. “Şerif”lə cavab oyununa tam hazır olacağını gözləyirik.

– Yakub Jezniçak Bədavi Hüseynov və Rəşad Sadıqovla mübarizədə geri qalır. Onun transferini yanlış adlandırmaq olar?

– Bu fikirlə razı deyiləm. Əlimdə 20 futbolçu var və hər birinə güvənirəm. İlk çempionat oyununda Kuba oynadı, sonra fasilə etdi. Onun transferini yanlış adlandıra bilmərik.  Hər üç müdafiəçidən razıyam.

– Bu gün çox həyəcanlı idiniz. Bu, nədən irəli gəlirdi?

– Bəlkə də, oyunun gedişində ən az həyəcanlı oluram. Həyəcan hər zaman olur. Çünki bizim işimiz belədir. Ola bilər, bəlkə, bu gün həyəcanlı idim. Oyunun gedişində korner xəttinə qədər irəliləmişdim, sonradan yadıma düşdü ki, yerimdə deyiləm (gülür). Bunları normal qarşılamaq lazımdır.

– Ozobiçi bu gün oyun qurucusu kimi mübarizəyə qoşdunuz. Onu bundan sonra da həmin mövqedə görəcəyik?

– Ozobiçi fərqli mövqedə oynada bilərəm. Bu gün onun oyun qurucusu kimi oynamasına ehtiyac var idi və əlindən gələni etdi. Onun çıxışından razıyam.

– “Neftiçi” ilk hissədə pressinq edərək sizi öz meydanınızda qarşılayırdı. İkinci hissədə isə daha ehtiyyatlı oynadı. Bu işinizi asanlaşdırdı?

– Davamlı pressinqlə oynamaq heç də, asan məsələ deyil. Biz ikinci hissədə yaxşı oyun ortaya qoyduq. Hesabı bərabərləşdirmək üçün daha da istəkli oynayırdıq.

Son yazılar

Yuxarı