Topaz Premyer Liqasının 23-cü turunda AZAL “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdi.
Korner.az oyundan sonra keçirilən mətbuat konfransından hər iki klubun baş məşqçilərinin səsləndirdiyi fikirlərlə sizi tanış edir.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Nəticə bizim üçün çox vacib idi. Bizim üçün çox da rahat oyun olmadı. “Kəpəz” oyundan oyuna inkişaf edir. Qarşılaşma başlayan kimi erkən qol vurduq, lakin 2-ci hissədə futbolçular arxayınlaşdılar. Qələbə qazandığımız üçün şadam”.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: ““Simurq”la oyundan fərqli olaraq, bu gün müdafiədə səhvlərə yol verdik. Ustalıq səviyyəsi özünü göstərdi. Fikrimcə AZAL ilk altılığa layiq komandadır”.
