Avropa liqası

Qurbanov: “Məğlubiyyəti yox, qələbəni düşünürük”

29.08.2018 , 18:25

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində sabah Moldovanın “Şerif” klubuna qarşı keçirəcəkləri matç öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib:

“Son oyunumuzdu. Qalib gəlməyi istəyirik. Düşünürəm ki, sabah futbolçularımız meydanda ən yaxşını etməyə çalışacaq. İnamlı mübarizə aparacaqlarına inanıram. Ciddi rəqibə qarşı oynayırıq. Yaxşı müdafiə oluna bilən və əks hücumlara sürətli çıxan komandaya qarşı oynayırıq. Asan olmayacaq. Əlimizdən gələni edəcəyik”.

– Zubirin durumu necədir?
– Sabah tam qərar veriləcək. Yaxşılaşıb. Ancaq yenə də son qərar oyundan əvvəl veriləcək.

– “Qarabağ”ın hücum xəttində hər hansı dəyişikliklər gözlənilir?
– Hücumlarda aktiv olmalıyıq. Qol vurmaq üçün topla düzgün oynamalıyıq. Vatxımız az olsa da, çalışmışıq.

– “Şerif”in əsas oyunçularındna biri, Yuri Kendş oynamayacaq. Onun olmaması “Qarabağ”a təsir edəcəkmi?
– İnanmıram, onun olmaması bizə təsir etsin. Onsuz belə bir neçə oyuna çıxıblar. Həmin futbolçunun yerində oynaya bilən oyunçuları var.

– Sanki futbolçularda daha çox stress var. 
– Stress günü-gündən çoxalır. Futbolçu komandaya uğur verirsə, ondan daha artığı gözlənilir. Nəticə verən komandaya qarşı rəqiblər daha məsuliyyətli olmağa çalışırlar. Futbolçu üçün asan deyil. Bütün epizodlar haqda düşünmək elə də asan deyil. Rəqib hazır olmadığımız hücumlar qurur. Belə olduğu halda hər futbolçu tez-tez qərar dəyişməlidir. Təzyiqlər çoxalır. Sabahki oyunda məğlub olmağı yox, qalib gəlməyi düşünürük.

– Azarkeşlərə ismarıcınız varmı?
– Onlar bizi heç vaxt bizi tək qoymayıblar. Düşünürəm ki, biletlərin daha çox hissəsi satılacaq.

– Millinin toplanışı da başlayıb. Sabah iştirak edəcəksinizmi?
– Narahat olunacaq bir şey yoxdu. Məşqlərdə iştirak edirik, hazırlaşırıq. Başlanğıcda fərqli hazırlaşırıq. Futbolçualrın hamısı gəldikdən sonra artıq tam işləməyə başlayırıq. Düşünürəm ki, narahat olunası bir şey yoxdu

– Filip Ozobiç Premyer Liqa oyunlarına nisbətən avrokuboklarda daha az faydalı olur…
– Fərqli turnirlərdi. Tək Filipin yox, digər oyunçuların da problemi olur. İnanıram ki, Ozobiç hər oyun daha yaxşı oynayacaq. Sabahki oyunda da yaxşı oynamağını gözləyirik.

– Biletlərin az satılması polislərin azarkeşlərə qarşı olan haqsızlığı ilə bağlıdır?
– Cavab verməyim düzgün olmaz. Ancaq bu hadisə hər ölkədə var. Düşünmürəm ki, biletlərin az satılması bununla bağlıdır.

– Sabah müdafiə xəttində hər hansı dəyişiklik gözlənilirmi?
– Müdafiədə dəyişiklik olacaq. Ancaq taktiki cəhətdən yox, oyun baxımından. İnanıram ki, sabah daha yaxşı, daha etibarlı olacaq. Biz hal-hazırda tənqidlərdən uzaq olmalıyıq. Həmişə demişəm ki, klbun uğurlarında ən böyük pay sahibi Rəşad olub. Digər oyunçular da deməzdim onun kölgəsində qalır. Hər il belə şeylər olur. Futbolda bu normaldı

– Araz Abdullayev komandaya qoşulub, məşq edir. Onun “Qarabağ”a cəlb olunmağı gündəmdədir?
– Onun klublarla problemi var. Dünəndən maraqlanmağa başlımışıq ki, bu problemi necə həll etmək olar. Hər halda azərbaycanlı futbolçudu. Çalışırıq, köməkliyi göstərək. Müqaviləsi olduğu klublardan istənilən cavabı ala bilsək, yəqin ki Arazla danışıqlar aparılacaq.

– Sabah meydanda Rəşad Sadıqov olacaq, yoxsa Jezniçak?
– Rəşad olacaq.

– Emeqaranın geriyə çəkilməsi sizin tapşırığınızdır?
– Elə məsələlər var ki, onları açıqlamasam daha yaxşı olar. Elə oyunçu yoxdu ki, 90 dəqiqə mənim tapşırığımı yerinə yetirsin. Bəzən bizim düşünmədiyimiz şeylər də olur. Təkcə Emeqara da yox, hər oyunçuda belə şeyləri görürük.

– Sabah komanda erkən qol üçün irəli atılacaq?
– Mən düşünmürəm ki, oynadığm futbol tələsilməyəndir. Əlbəttə, topa sahib olmaq istəyirik. Vurduğumuz qollar topu idarə edərək hücuma gəlib yekunlaşdırdığımız hücumlar deyil.

Son yazılar

Yuxarı