big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qurbanov: “Komandamızın büdcəsinə uyğun futbolçular götürmüşük” (MÜSAHİBƏ)

09.02.2013 , 07:15

“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov çalışdırdığı klubun rəsmi saytına müsahibə verib

– Təlim-məşq toplanışını necə qiymətləndirirsiz?
– Tam hazır olduğumuzu deyə bilmərəm. Çünki məşqlərə gec başladıq. Heyətimizdə yeni futbolçular var. Onlar komandaya gec qoşulduqlarından, hələ tam uyğunlaşa bilməyib. İlk günlərdən bir yerdə olmamışıq. Son 3-4 gündə düşərgəyə gələnlər də var və bunu nəzərə almaq lazımdır.

– Komandaya götürdüyünüz yeni legionerlər haqda nə deyə bilərsiz?
– Heyətə cəlb etdiyimiz legionerlər bizə kömək edə biləcək. Buna görə əcnəbiləri komandaya götürmüşük. Baxmamış, oyununa qiymət verməmiş hec kimlə müqavilə bağlamamışıq. Komandamızın büdcəsinə uyğun futbolçular götürmüşük. Onların “Kəpəz”ə necə kömək edə biləcəklərini çempionat oyunlarında görə biləcəyik.

-Yerlilər haqda nə fikirləşirsiz?
– Heyətə cəlb etdiyimiz uşaqlar arasında gənclərlə yanaşı təcrübəlilər də oldu. Cəmşid Məhərrəmov, Fərid Quliyev belələrindəndir. Quliyevin məsələsi hələ tam həllini tapmayıb. Amma ümid edirəm ki, Fərid bizimlə olacaq. Onların meydanda olmaları işimizə yarayacaq. Həmçinin adını çəkmədiyim digərlərindən də uğurlu çıxış gözləyirik. Gənclərə gəlincə, onlara ümidimiz böyükdür.

– Çempionatın qarşıdakı hissəsi barədə də düşüncələrinizi bilmək maraqlı olardı.
– Ötənilkindən yaxşı çıxış etməliyik. Zəif nəticələrimizi unutdurmaq istəyirik. Bacardıqca daha çox xal qazanıb, yuxarı pillələrə qalxmaq əsas məqsəddir. Düzdür, rəqiblərlə aramızda xal fərqimiz çoxdur. Fasilədən sonrakı ilk turda rəqib “Neftçi”dir. Çətin oyun olacağını düşünürəm. Rəqib güclüdür. Çempionluğa oynayan komandadır. Heyətlərində yaxşı futbolçular cəmləşib. Amma bu o demək deyil ki, biz asan təslim olacağıq. Oynayıb, xal qazanmağa çalışaçağıq. Bunun nə dərəcədə alınacağını oyun göstərəcək.

Son yazılar

To Top