"Kəpəz"lə oyun maraqlı alındı. Bu matçda tək hədəfimiz 3 xal qazanmaq idi vəı buna da, nail olduq. İndi bu matçı unudub qarşıdakı oyunlara köklənməliyik".
Bu sözləri Korner.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu İlqar Qurbanov deyib.
Ağdam klubunun futbolçusu 17-ci turda qarşılaşacaqları "Bakı" ilə oyuna da, toxunub:
"Bakı" ilə oyun çox çətin keçəcək. Çünki bu oyunda hər iki komandaya qələbə lazımdı. Bu matçda bizə də xal lazımdı, onlarada. Ona görə, bu oyun çətin keçəcək".
