Qurbanov heç-heçənin iştirakçısı oldu
28.06.2020 , 13:15

Gürcüstanın yüksək liqasında 3-cü turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtredia” səfərdə “Dila” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Nicat start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
“Samtredia” 4 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
