"Kəpəz" AZAL-la oyunun hazırlıqlarını davam etdirir.
Korner.az–ın məlumatına görə, Gəncə təmsilçisi Bakı klubu ilə görüşə fevralın 17-dən başlayıb. Əvvəlki iki gündə məşqlərini səhər edən futbolçular dünən günortadan sonra hazırlığa çıxıblar.
Məşq saat 16:00-da keçirilib və təxminən iki saat yaxın davam edib. İsinmə hərəkətlərindən sonra komanda taktiki-texniki planda çalışıb.