Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı oldu. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda heç-heçəylə razılaşmalı oldular – 1:1.
Korner.az oyundan sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçilərininsəsləndirdiyi fikirlərlə tanış edir:
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Çox gözəl oyun keçdi. Futbolçular stadionun hər bir qarışı uğrunda sona kimi mübarizə apardılar. Kubok oyunları iki mərhələdən ibarətdir. Bakıdakı oyun bundan da çətin oalcaq. “Qəbələ” standard vəziyyətlərdən yaxşı istifadə edir. “İnter”lə çempionat oyunundan sonra “Qəbələ” ilə cavab oyununu fikirləşəcəyik”.
Ramiz Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “İlk hissədə oyuna nəzarət tam bizdə idi, komanda əzmkarlıqla oynadı. İkinci hissədə Vüqar Nadirovun fərdi ustalığı sayəsində rəqib qapımıza qol vurdu. Səfər oyunu da “Qəbələ” üçün ev oyunu kimi olacaq. Yarımfinala qalacaq dörd güclü komandadan biri biz olacağıq”.