Qurbanov gerilədi, Bordin isə…
07.01.2020 , 19:40

Dünyanın ən yaxşı məşqçilərinin növbəti reytinq cədvəli açıqlanıb.
Korner.az xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov 2019-cu ilin son reytinq cədvəlinə görə 1 pillə geriləyərək 575-ci sırada qərarlaşıb.
“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 1 pillə irəliləyib. Ötən reytinq cədvəlində 678-ci olan mütəxəssis, hazırda 677-ci pillədədi.
Reytinq cədvəlinin ilk sırasında isə “Barselona”nın çalışdırıcısı Ernesto Valverdedir.
