Milli

Qurbanov: “Futbolçularımız daha yaxşı çempionatda oynamalıdır”

07.09.2018 , 22:34

Millətlər Liqasında D Divizionunun III qrupunun ilk turunda keçirilən Azərbaycan – Kosovo (0:0) matçından sonra təşkil edilən mətbuat konfransında yığmamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə oyun barədə fikirlərini bildirib:

“Ağır oyun oldu. Çətin olacağını gözləyirdik. Rəqibin fərdi olaraq bacarıqlı oyunçuları vardı. Bəzi epizodlarda buna görə top onlarda qalırdı. İlk hissə çətin oldu. Komandalar ehtyat edirdi. Ümumən oyunda razı qaldım. Oyunçular həddindən artıq yoruldular. Növbəti oyunlara hazırlaşmalıyıq.”

– İki fərqli hissə oldu. Sizə elə gəlmir ki, yanlış start heyət seçmişdiz?
– Dediyim kimi, hər iki komanda ehtiyat edirdi. Düşünürəm ki, onların fikirləşdiyi oyunun qarşısını aldıq. Bu gün tam hazır olan oyunçular meydanda idi. Təcrübəsi həddndən artıq az olan futbolçularımız var idi

– Bu milli komandanın ən yaxşı durumudurmu?
– Komanda daha yaxşı oyuna qadirdi. Qeyd etdiyim problemləri aradan qaldırmaq lazımdı. Futbolçular daha yaxşı çempionatda oynamalıdır. Oyun təcrübələri olmalıdır. Mən məğlub olmaqdan qorxmuram. Rəqibin heyətini bilirsiniz, fərdi olaraq güclü futbolçular var idi. İnanıram ki, milli komanda daha yaxşı oynaya bilər.

– Kosovonun məğlub etməyə nə mane oldu?
– Rəqibin analizini düzgün etmişdik. Azərbaycan futbolunun səviyyəsinə gəlincə, bəli aşağıdır. Belə olduqda, futbolçu ustalığını artıra bilmız. Dediyim kimi, mən çıxış yolu axtarmıram. Mən futbolçularıma güvənirəm. Qarşıdaki oyunlara hazırlaşırıq. Bu gün heç də pis təsir bağışlamadıq. Bu komandaya qarşı layiqincə mübarizə apardılar. Bəzən ustalıqda uduza bilərik, ancaq mənim üçün vacib olan sona qədər mübarizə aparmaqdır

– Cavid İmamverdiyevin olmaması da matçın bu nəticəsinə yəqin təsir göstərdi. Malta ilə oyunda oynayacaqmı?
– Ola bilər, bu gün deyə bilmərəm. Bəlkə də oyunun gedişatında meydanda oldu.

– Rəqib sanki daha yaxşı hazırlaşmışdı.
– Yenə də fikrim rəqibə bağlanır. Onlar elə də asan futbolçular deyil. Oynadıqları çempionatda nələri görüblər, kimləri grüblər. Taktiki dəyişiklik etdim, oyun sürətləndi. İkinci hissə çox da hücum edə bilmədilər

– Qrupda şansları necə dəyərləndirirsiz?
– Sona kimi mübarizə aparacağıq. Ola bilsin iki oyun məğlub olasan sonda birinci yer tutasan. Buna dünya futbolunda şahid olmuşuq. Bütün komandalar qalib olmaq istəyir. Biz də çalışırıq, sona qədər mübarizə aparaq

– Sizcə, Almeyda son 3 ayda artırıb, yoxsa geriləyib.
– Deməzdim, geriləyib. Stabil oyunçudur. Nə tapşırıq verdimsə, yerinə yetirdi

Son yazılar

Yuxarı