"Futbolçular gündə 2 dəfə məşq etməyimizə və bu səbəbdən yorğunluğa baxmayaraq, hazırlığa istəklə çıxırlar. Onlar öz üzərlərində çalışırlar”.
Korner.az-ın məlumatına görə, bu fikirləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov klubunun rəsmi saytına açıqlamasında deyib.
"Professor" ləqəbli məşqçi hazırlıqda futbolçuların həvəslə çalışdığını bildirməklə, məşqlərin hansı yöndə getdiyi haqda da məlumat verib: "Əvvəlki məşqlərdə əsasən fiziki hazırlığa önəm vermişdik. İndi isə topla çox işləyirik. Hazırlıq prosesində taktiki-texniki çalışmalara yer ayırmışıq. Bu istiqamətdə məşqlərimiz davam edir. Düzdür, bəziləri hələ tam forma yığmayıb, amma hələ vaxtımız var və bunun üstündə işləyirik. Onların çempionat oyunlarına kimi istənilən səviyəyə çatacağına inanıram".