Qurbanov daha bir vəzifəsindən getdi
08.12.2018 , 19:21

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin ardından AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verməyi qərara alıb.
Bu barədə 46 yaşlı mütəxəssisin özü bildirib. O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər.
Lakin Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.
