Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununda “Bakı” “Qarabağ”ı qəbul etdi. Oyun “Qarabağ”ın 4-1 hesablı qələbəsi ilə yekunlaşdı
Korner.az-ın məlumatına görə, oyundan sonra "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov bunları deyib:
"Çox qol izlədik. “Bakı” sona qədər mübarizə aparacağını demişdi. Biz ilk hissədə bunu hiss etdik. Qapımızda gözlənilməz qol gördük. “Bakı” istəkli komandadır. Sadəcə, düşünürəm ki, bəzi oyunçuların usatlıq səviyyəsi yetərincə deyil. Mərhələnin hər iki oyununda qalib gəldik. İndi kuboku unudub, “Sumqayıt”la çempionat oyununa ciddi hazırlaşmalıyıq. Öz növbəmdə “Bakı”nın gənc heyətinə uğurlar arzu edirəm"
