Ölkə futbolu

Qurbanov Arazı cəzalandırdı

19.10.2019 , 17:01

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Araz Abdullayevi cəzalandırıb.

Korner.az xəbət verir ki, buna səbəb futbolçunun şəxsi avtomobili ilə “avtoş”luq etməsidir.

Futbolçu həmin görüntüləri şəxsi “İnstagram” hesabında paylaşmışdı.

Arazın bu əməli mətbuatda və azarkeşlər arasında xoş qarşılanmamışdı.

Təsadüfi deyil ki, yarımmüdafiəçinin adı bu gün “Qəbələ” ilə keçirilən görüşün iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, futbolçu həmin paylaşımı bu gün silib.

Son yazılar

Yuxarı