Qurbanlının komandasından səfər heç-heçəsi
19.05.2021 , 18:44
Moldova çempionatında XXXIV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan formasını geyindiyi “Dinamo-Avto” səfərdə “Zimbru” ilə hrç-heçə edib – 1:1.
Orxan da bu görüşün iştirakçısı olub. O, 85-cı dəqiqədə meydana buraxılıb.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 34 oyunda 42 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.