Qurbanlının komandasından heç-heçə
19.07.2021 , 10:17

Azərbaycanlı futbolçu Orxan Qurbanlı Moldova çempionatında növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının II turunda doğma meydanda “Sfintul George” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
“Dinamo-Avto” 2 turdan sonra 1 xalla 8 iştirakçı arasında 6-cı pillədədi.
