Futbol

Qurbanlının komandası səfərdə uduzdu

14.05.2021 , 12:05

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı Moldova çempionatında növbəti matçına çıxıb.

Korner.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının XXXII turunda səfərdə “Sfintul George” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Qurbanlı 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 32 oyunda 41 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı