Qurbanlı üçün 90 dəqiqə
24.04.2021 , 13:52

Moldova çempionatında XXIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” “Petrokub”la heç-heçə edib – 0:0.
Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 29 oyunda 40 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
