Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Səbail” klubunu qəbul edən “Qarabağ” oyunu 5:0 hesablı qalibiyyətlə başa vurub.
Korner.az-ın məlumatına görə, bu qələbədən sonra 1/4 finala adlayan aödamlıların baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini səsləndirib:
“Normal oyun sərgilədik. Nəticə üçün çıxış etdik. Düzdü, fasilədən sonra rəqib mübarizə apara bilmədi. Amma ilk dəqiqələr bizim üçün çox çətin oldu. 2:0 dan sonra rəqib fərqlənə bilərdi. “Səbail”ə uğurlar arzu edirəm”.
