Futbol

Qurban Qurbanovun oğlundan dubl

16.04.2018 , 06:15

UEFA İnkişaf turnirində iştirak edən 2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirib. 
 
Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 2:3 hesabı ilə məğlub olub. Yığmamızın heyətində hər iki qolu millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

Qeyd edək ki, ilk iki qarşılaşmada Xorvatiya (0:1) və Makedoniyaya (0:2) uduzan U-17 millimiz turniri sonuncu pillədə tamamlayıb.

Son yazılar

Yuxarı