“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Neftçi”yə müraciəti əsasında bu klubun prezidenti Sadıq Sadıqovun göstərişi ilə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu Ağdam komandasının məşqi üçün istifadəsinə verilib.
Korner.az-ın məlumatına görə, bu haqda paytaxt klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, “Qarabağ” klubu bu gündən etibarən Avstriyaya gedənədək məşqlərini Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacağı “Zalsburq”la görüşün hazırlıqlarını “Neftçi”nin istifadəsində olan Bakıxanov qəsəbə stadionunda keçirəcək.
“Neftçi” komandası da öz növbəsində “Qarabağ”ın mərhələ keçəcəyinə inanır və “Zalsburq”la görüşdə Ağdam təmsilçisinə uğurlar arzulayır.
