Berti Foqtsun milli komandamızdan gedişindən sonra baş məşqçi vəzifəsinə əsas namizəd "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovdur.
Ağdam təmsilçisinin Avropa Liqasında mübarizə apardığı bir vaxtda baş məşqçisi Qurban Qurbanovun milli komandada işləməsinə razılıq verib-verməyəcəyi maraq doğurur.
Korner.az-ın məlumatına görə, klubun direktoru Əmrah Çəlikəl Qol.Az saytına açıqlamasında məsələyə münasibət bildirib. O, hər zaman Azərbaycan millisinin mənafeyini üstün tutduqlarını bildirib.
Klub rəsmisi qeyd edib ki, AFFA-dan Qurban Qurbanova görə onlara təklif gəlməyib: "Ona görə də mövzu ilə bağlı müzakirə aparmamışıq. Təklif gələrsə, klub rəhbərliyinin qərarından çox şey asılı olacaq. Ancaq "Qarabağ" həmişə milli komanda üçün fədəkarlıq edib və indi də buna hazırdır. Bu məsələdə bizim üzərimizə düşən nə varsa, edəcəyik".
