Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda millinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu ilin dekabr ayından Robert Prosineçkinin yığma ilə müqavilə müddəti bitdikdən dərhal sonra millinin “sükanı arxasına” keçəcək.
İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev və Qurban Qurbanov brifinq keçirib. Abdullayev Qurbanovun milli ilə müqavilə müddətini açıqlayıb. O, əvvəlki illərdən fərqli olaraq, tsikllə yox, uzunmüddətli müqavilə bağlanacağını qeyd edib.
Belə ki, Qurbanovla üç tsikli əhatə edəcək 6 illik (2024-cü ilə kimi) müqavilə bağlanması nəzərdə tutulub.
Qurbanov brifinq zamanı köməkçilərini hələ müəyyənləşdirmədiyini deyib.(komanda.az)
