“Qarabağ”ın Avroliqanın qrup mərhələsi çərçivəsində “Sent Etyen” ilə oyunuöncəsi keçirəcəyi mətbuat konfransı və son məşqin vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bu gün Bakı vaxtı ilə 21:00-da Fransada mətbuat konfransı təşkil olunacaq.
21:30-da isə təmsilçimiz son məşqinə çıxacaq.
