Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
06.08.2018 , 11:29

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la BATE (Belarus) arasındakı ilk qarşılaşmadan öncə baş tutacaq mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.
Rəqib komandanın baş məşqçisi Aleksey Baqa avqustun 6-da, saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. BATE-nin oyunöncəsi son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov isə “Azərsun Arena”nın mətbuat zalında saat 20:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 19:20-də Tofiq Bəhramov adına Respublika stadionundan “Azərsun Arena”ya aparacaqdır və komandanın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaqdır.
