Çempionlar Liqasının qrup mərhələsinin son turunun oyunları çərçivəsində baş tutacaq “Roma” – “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.
Bu gün Ağdam klubunu baş məşqçisi Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da “Stadio Olimpiko”da media mənsublarının önünə çıxacaq.
Təmsilçimizin son məşqi isə saat 22:00-da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
