big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qurban Qurbanovla “hər şeydən bir az”lı MÜSAHİBƏ

20.11.2012 , 12:04

Qurban Qurbanovla müsahibəni çoxdan düşünürdüm. Hələ Rauf “qanadlanıb” “Xəzər Lənkəran”a keçmək üzrə olanda. Sonra komandada eniş başladı, Əfran heyətdən çıxarıldı. Aha, danışmaqçün mövzu bolluğu yaranmışdı. Amma ya zəlzələdən, ya da vəlvələdən görüş üçün vaxt müəyyənləşdirə bilmədim. Hər şeydə bir xeyir var axı. Onunla “Simurq”la oyundan sonra vədələşdik ki, ertəsi gün görüşək. “Dava-dalaşlı müsahibə istəyirəm” demişdim. Düzdü, dava-dalaş olmadı. Amma mövzu o qədər çox idi ki, hər şeydən bir az danışaq dediksə də, yenə uzun alındı müsahibə… Ərinib oxumayanlar Qurban bəyin Əfranı niyə bağışladığını,qışda hansı futbolçunu göndərməyə hazırlaşdığını və nəhayət, “Qarabağ”lı futbolçulara qoyduğu qiymətdən xəbərsiz olacaqlar. Di özünüz bilən məsləhətdi 😉

– Qurban müəllim, söhbətin əsas mövzusu – Əfran başda olmaqla, komandanın gənc oyunçularının "buludlara çıxması" olacaq. Əfranın məsələsindən başlayaq. Hansı anda iplər qırılmışdı? 
 – "Buludlara çıxıblar" deyirsiz? (gülür)

– Məncə, çıxıblar. Çünki oyundan sonrakı mətbuat konfranslarında da sizin danışıqlarınızdan  hardasa  hiss olunurdu bu. Deyirdiz ki, bəzi oyunçularda futbol oynamaq istəyi görünmür artıq.
– Əvvəl də qeyd eləmişdim ki,  Əfran həm yaxşı oğlandı, həm də yaxşı futbolçudu. Bir az ərköyün uşaqdı. Baxmayaraq ki, Əfran komandadan gedəcəkdi, amma mənim ona münasibətlərim yenə də normal qalacaqdı. Amma çox istəyirəm ki, Əfran da daxil olmaqla, həm Rauf,  həm də digərləri yaxşı oynasınlar, yaxşı nəticələr göstəsinlər. Həmişə bunu düşünürük. Amma bəzən görürsən ki, əgər komandada hər hansı bir oyunçuda stabillik yoxdursa, yəni öz oyununu daim göstərə bilmirsə, o zaman komanda da,  klubda da nəticə baxımından problemlər yaranır. Mənim onlardan tələb etdiyim şeylər çoxdu. Çünki bizim çempionat  turdan- tura ağırlaşır. Yəni elə bir rəqib yoxdur, düşünəsən ki, hazırlaşmasam da, bu oyunda qalib gələcəm. Futbolçular məşqdən kənarda da öz həyatlarına fikir verməsələr, yenə nəticə vermək çətin olacaq. Ona görə də hər bir klubda məşqçi ilə futbolçu arasında müəyyən problemlər yaşanır. Elə də ciddi problemlər deyil bunlar. Sadəcə bəzən sənin istədiklərini futbolçu tam yerinə yetirə bilməyəndə bəzi problemlər üzə çıxır. Bu yaşda, özü də futbolçu həm klubda, həm milli komandada oynayır, həm başqa təkliflər də olur. Bu yaş dövrü elədir ki hər bir futbolçuda dəyişiklik ola bilər. Ən əsası odu ki, başa düşürlər. Elə Əfranı götürək. Demək olar ki, Əfranla tam ayrılmışdıq, transferə çıxarmışdıq. Özünüz də yazmışdız bunu. Sonda Əfran gəldi mənimlə söhbət elədi. Çox pis təsir eləmişdi ona. Çoxları deyir pul və ya başqa şeyə görə edib bunu.  Amma Əfran o tip insan, o tip futbolçu deyil.

– Bəs nəydi dərdi?
–  Getmək istəyirdi, atmosferi dəyişmək istəyirdi. Sonra oturub yaxınlarıyla, atasıyla məsləhət eləyib və deyib ki, qalıram.

 – Amma mənim bildiyimə görə, Əfranın geri qayıtmasına səbəb mətbuatın mütəmadi olaraq tənqidi materiallar yazmasıdı.
– Çox təzyiqlər edilirdi. Yazılırdı ki, pula görə getdi, klubunu atdı, dostluğu atdı. Bəlkə də getdiyi anda o qədər dərindən düşünmürdü.

– Sizə elə gəlmirmi ki, bu qayıdış səmimi peşmançılıq deyil, yəni hardasa təzyiqdən qurtulmaq üçün qayıdıb?
-Yox inanmıram. Tam başqa cür qayıdıb.

– İndi əvvəki istəyi varmı?
– Var və son 3-4 gündü daha çox çalışır və istəklidi. Özü də başa düşür ki, daha yaxşı futbol oynamaq, daha da hazırlıqlı olmaq lazımdı.

– Siz indiyədək “get” dediyiniz futbolçulara heç vaxt qapı açmamısız. Onlardan bir çox misal var, məsələn, Elnur Allahverdiyev. “Get” dediyiniz futbolçuya yenidən “qucaq açmağınız” komanda daxilində söz-söhbətlər yaratmadı ki? Siz mənim gördüyüm və bildiyim qədərilə komanda daxilində yeganə avtoritetsiz. Yeganə avtoritetin geri addım atması komanda daxilində nə cür qarşılanır?
– Bu geri addım deyil, çünki futbolçu getmək istəyirdi,  biz də mane olmadıq.

– Gəlin bir şeyi dəqiqləşdirək, o futbolçu deyib ki, mən qışda gedəcəm və siz də demisiz ki, gedəcəksənsə, qışda yox,  elə indi get. Bu, hər halda, onun qərarına etirazınız idi. Bu qətiliklə verilmiş qərarın sonradan geri 
götürülməsinin komanda daxilində necə qarşılanması mənə çox maraqlıdı.

– Hər peşəkar klubda, hər futbolçunun öz işi olmalıdı. Futbolçu başqasına baxıb oyun oynamalı deyil, başqasına baxıb yaşamalı deyil, ya da başqasına baxıb hər hansı hərəkət eləməli deyil. Əgər bu futbolçu gəlib mənlə müqavilə bağlayıb, gəlib məndə oynayırsa, deməli, mənə tabe olmalıdı, klubun qayda-qanununa tabe olmalıdı. Bir sözlə, öz işini görməlidi. Məsələn, kimsə oynamağı haqq edir, amma 11 futbolçu çıxır meydana və mən onu oynatmıram. Onda gəlib deməlidi ki, məni oynat, onu oynatma? Hərənin öz işi var. Biz hər bir futbolçudan maksimum istifadə etməyə çalışırıq. Bu onlara təsir etməli deyil. Hər bir futbolçu məşqçinin tapşırıqlarını yerinə yetirməlidi. Hansı futbolçunu çıxartmaq və ya gətirmək, ona aid olan məsələ deyil. Bu klubdaxili işdir. Məsələn, Əfranla biz artıq 4 ildi birlikdəyik və onun xarakterini daha yaxşı tanıyırıq. Əgər başını aşağı salıb işləyəcəksə, daha yaxşı oyunçu olacağına inanırıq. Və daha çox uğur əldə edə bilər. Hətta daha yaxşı komandalarda oynaya bilər. Əgər bu insan başa düşürsə ki, mən qayıdıb daha yaxşı futbol oynaya bilərəm və mən bunu görürəmsə, ondan maksimim istifadə etməliyəm.

– Aydındı. Əfran qayıtmaq söhbətini konkret sizinləmi edib?
– Bəli, mənimlə edib.

– İkilikdə olub söhbətiniz yəqin ki.
– Bəli, ikilikdə.

– Nə danışdı? Maraqlıdı mənə. Razılığınız nə oldu? “Gəlirsən, qışda gedirsən”, yoxsa “gəlirsən, müqavilən bitəndə gedirsən”?
– Yox, hələlik burdadı, narahat olunası bir şey yoxdu.

– Yəni qışda da burda qalacaq?
– Ən azı müqaviləsi bitənə kimi burdadı. Sonrasına da baxarıq.

– Qurban müəllim, komandada artıq zədəlilər geri qayıtmağa başlayıb və səhv etmirəmsə, Rəşad Sadıqov qalıb. Onların olmadığı dövrdə yeni futbolçulara şans verdiz, özlərini doğrultdularmı? Məsələn, Bədavi olsun, Hacı olsun…
– Doğrultdular. Əlbəttə ki, çatışmayan cəhətləri var. Amma Hacıdan da, Bədavidən də oyunlara görə razıyam. Çatışmayan cəhətlər, bəlkə kənardan baxılsa, görünməz. Xüsusilə də Bədavinin mübarizliyi, təkbətək mübarizələrdə məğlub olmaması daha çox nəzərə çarpır. Amma oyun baxımından, taktiki baxımdan mövqe səhvləri var. Dörd oyun oynadı və oyundan-oyuna bu səhvlərin azaldığını gördük. Futbolçu oynamadıqca təcrübəsini itirir və bu, normal haldır.

– Mən belə görmüşəm: Qurban Qurbanov oyunçunu müəyyən həddə çatdırır və müəyyən həddə çatdıqdan sonra futbolçu qapını çırpıb gedir, heç geri də baxmır. Futbolçuların Qurban Qurbanova yaratdığı problemin kökündə nə dayanır? Tək Əfran deyil, Rauf da mövsümün əvvəlində başqa yerlərdəydi, başqa klubların düşərgəsinə göndərilirdi və sair. Niyə futbolçular müəyyən həddə çatdıqdan sonra normal hərəkət edə bilmir?
– Futbolçu var, daim əsas heyətdə oynamaq istəyir. Ümumiyyətlə, Azərbaycanda bütün futbolçuların psixologiyasında əsas heyətdə oynamaq pozulmaz qanun kimidi.

– Yəni “bütün oyunlarda mən oynamalıyam”…
– Bəli, mənim özümdə də olub. Məşqçi məni əsas heyətə qoymayanda müxtəlif yollarla iradımı bildirmişəm.

– Bu hər insanın ürəyindəki hissdi…
– Normaldı. Bundan da istifadə edən bəzi klublarmı deyim, ətrafdakı insanlarmı deyim, “ağıl” verməyə başlayırlar. Əgər futbol həyatında bir insanı tanımaq istəyirsənsə, onun ətrafına bax. Nə cür yaşayan insanlardı və nə cür məsləhət verə bilərlər. Əlbəttə ki, Rauf bu gün tanınmış futbolçudu. Əfran da o cümlədən. Bunların ətraflnda isə futboldankənar bəzi insanlar olur. Bunlar da cavan uşaqlardı, oturub bunlara “ağıl” verirlər. Futbolçu tanışları “ağıl” verir, başqa klublar “ağıl” verir, pul təklif edir…

– Sizcə, Rauf yox, Messi olsaydı, yenə həmin şeyi fikirləşərdi?
– Rauf Messi ola bilməz (gülür)

– Tutaq ki, eyni vəziyyət “Barselona”da yaranıb. Və ya Raufun yerində Messi düşüncəsində bir futbolçudu.
– Messi kimi nəticə verən bir futbolçu olsaydı, mən heç onu dəyişməzdim, daim oynadardım (gülür).

– Mən düşüncə olaraq bilmək istərdim. Məsələn, özünüzdəki futbolçuları götürək. Admir Telini 3 oyun ehtiyatda saxlasaz, yerinə Rəşadı və ya Bədavini oynatsaz, o da elə düşünər?
– Mən o vaxt Ramin Musayevlə “Neftçi”də işləyəndə, həmişə deyirdi ki, insan çiy süd əmib. Yəni bunu hər birindən gözləmək olar. Futbolçu psixologiyası belədi. Bəzən bir futbolçunu onun yaxşılığı üçün çox sıxırsan. Yəni daha yaxşı olsun, daha ciddi olsun və daha stabil oynasın. Amma görürsən, fikirləşir ki, Qurban müəllim məni istəmir, mənə güvənmir. Kənardan da bir təklif olanda, deyir, mən getdim. Bizdə futbolçular və futbolumuz hələ tam formalaşmayıb ki, bu kimi hallara peşəkar kimi yanaşılsın.

– Əslində, almaq istədiyim cavab da elə bu idi… 
– Hər bir futbolçuda olur bu. Kimisinin üstünə qışqırırıq, kimisiylə aşağı tonda danışırıq. Hər bir futbolçunun psixologiyasına uyğun davranmağa çalışırıq. Əgər futbolçunun məşqlərdə maksimum iştirak etmək istəyi olmasa, heç vaxt normal oyun göztərə bilməz.

– Raufun transfer məsələsi çıxanda siz özünüz bəyan eləmişdiz ki, biz müəyyən qiymət qoymuşuq. Buyursunlar, gəlsinlər, alsınlar. Qiymət mətbuatda çıxmışdı. Nə dərəcədə doğrudu-yanlışdı, bilmirəm, 450 min civarında bir rəqəm idi. Istədiyiniz pul verilmədi ki, alınmadı?
– 450 min deyildi, razılıq əldə olunmuşdu. Bu o demək deyil ki, biz futbolçunun qarşısını almaq istəyirdik. Bəli, bu gün “Qarabağ”ın haqqı var ki, öz yetirmələri üçün lap 1 milyon istəsin. Çünki onlara güvənilib, inanılıb və heç də pis baxılmayıb. Bizim futbolçuların təkcə özləriylə yox, ailələri və valideynləriylə, xüsusilə də atalarıyla söhbətlərimiz olub və çox maraqlanmışıq. Bu yaşdakı futbolçulara, hansımızın imkanı var, kömək etməliyik, əlimizdə saxlamalıyıq.  Çünki elə bir yaş dövrüdü ki, insan bir anda yolunu aza bilər. Biz bilmirik kimlərlə oturub-dururlar. Buna görə də burda mən, evdə də ailələri münasibət bildirməlidilər. Müəyyən müddətlik dövrdü, ola bilər, 1 ilə, ola bilər 2 ilə ötüb keçəcək.

– Xahiş edirəm, konkretləşdirək, Raufun başqa komandaya, konkret olaraq, adının hallandığı “Xəzər Lənkəran”a keçidi niyə alınmadı?
– Bu məsələ bizə aid olmayan bir şeydi.

– Yəni istədiyiniz pulu vermədilər, yoxsa necə?
– Yox, yəni klubla bağlı problem yox idi. Baxmayaraq ki, klub olaraq o qiyməti qoymağa haqqımız çatır, amma heç bir futbolçunun qarşısını kəsməmişik. Onlar azərbaycanlı futbolçulardılar, onlara ehtiyac var. Biz klub prinsiplərimizi qoruyub saxlasaq, onlara pislik etmiş olarıq.

– Aydındı, çox gözəl. Transferin həlli hansı məqamda dalana dirəndi? Təklif olmuşdu, klublar arasında danışıqlar getmişdi və siz demişdiz ki, bu futbolçunun qiyməti budu. Mənə maraqlı odu ki, danışıqlar hansı məqamda dalana dirəndi? Mənim bildiyim qədəriylə, qarşı tərəf sizin istədiyiniz məbləğlə razılaşmayıb.
– Mən bilən, qarşı tərəfdən gələn cavab belə oldu ki, razı deyilik. Hərçənd hərtərəfli razılıq olmuşdu.

– Hətta qiymətdə də razılaşmışdız?
– Bəli. Sadəcə qarşı tərəf fikrindən daşındı.

– “Niyə”sini bilmədiz?
– Yox, o bizə aid olmayan şeydi.

– Aydındı. Sizcə, bu, Raufa dərs oldumu ki, futbol oynamaq lazımdı?
– Məncə, təsiri oldu. Rauf mənim, bəlkə də, ən çox xətrini istədiyim, irəli getməsini ən çox arzuladığım futbolçulardan biridi.  Onun daha yaxşı oynamasını istəyirəm. Fərqi yoxdu, bu komandada, yaxud başqasında – mən ona həmişə azarkeşlik edəcəm. Başqa xarakterli insandı Rauf, bəzən sıxılır…  Amma tək mənim istəyimlə yaxşı futbolçu ola bilməz, öz istəyi daha çox olmalıdı.  Raufun başqa çıxış yolu da yox idi, “transfer pəncərəsi” bağlanmışdı, bizimlə müqaviləsi bitməmişdi. Üstəlik, milli komandada 1-2 oyun əsas heyətə düşə bilmədi. Bunun özü də ona təsir elədi. Mən son 6 turdu, səhv eləmirəmsə, ona əsas heyətdə şans verirəm. Düzdü, qol vura bilmir, amma qol epizodlarına girir, çalışır. Mən görəndə ki futbolçu çalışır, istəklidi, niyə də şans verməyim ona?

– Qurban müəllim, niyə komandada Raufun alternativi yoxdu? Bəlkə elə bu alternativsizlikdən “ayaqları yerdən üzülüb”?
– Bizim oyun sistemimiz elədi ki, Raufu heyətə salmaya da bilərik. Özünüz də gördüz, əvvəlki oyunlarda Vaqifi də, Əfranı da hücumçu kimi oynatdıq.

– Amma hər halda, nə Vaqif, nə də Əfran Rauf kimi taran tipli hücumçudu. Və mənə elə gəlir ki, bir hücumçuyla oynayan komanda üçün nə Vaqif, nə də Əfran ideal seçimdi.
–  Rəqibimizdən də çox şey asılıdı. Elə oyunlar olur ki, heç taran tipli hücumçuya ehtiyac olmur. Bəzən görürsən, rəqib müdafiədən oynayır, bizə zona vermir. Belə rəqiblərlə oyunlarda topla daha tez davranan futbolçu lazım olur.

– Əfran komandaya qayıtdı və siz dərhal ona şans verdiz – “Simurq”la oyunda meydana buraxdız. Bu, həm də ətrafa, sizi qınaya biləcək insanlara qarşı inadınız, tərs reaksiyanız idimi?
– İnandırım sizi, kənar qınaqlara, başqalarına bir o qədər önəm vermirəm. İnsan yaşadıqca, təcrübə topladıqca belə şeylər adiləşir.  Kimsə deyə bilər ki, Qurban hansısa futbolçuyla prinsip aparır, hansısa futbolçuyla daha yaxındı. Bəzən adam öz-özündən qorxur, öz-özündən şübhələnir.  Mənim işim elədi ki, sərt davranmağı da bacarmalıyam, qəti qərar verməyi də, bağışlamağı da bacarmalıyam.  Belə hallar olub, var və olacaq.  Bəzən biz daha tez nəticə istəyirik, futbolçudan nəyisə daha çox tələb edirik. Əlbəttə, hər bir şeyə vaxt lazımdı. Bəlkə kənardan görünmür, amma futbolumuzun səviyyəsi qalxır. Bu işin içində olduğumçün bunu görürəm. Rəqiblər güclənib, hamısının oyun sistemi var, oyunlara maksimum hazırlaşırlar. Buna görə də çalışmalıyıq ki, vaxtı udaq. Bu gün uduza bilərik, amma sabah mütləq udacağıq. Əlimizdəki futbolçuları saxlamaqçün maksimum çalışmalıyıq. Hər klubun uşaq futbol məktəbi var, amma gələn nəsil hələ bir o qədər deyil. “Bakı”da, “Neftçi”də üzə çıxır futbolçular, “Qəbələ”də belə pis deyil…

– “Qarabağ”ın adını çəkmədiz…
– “Qarabağ”da üzə çıxanlar elə üzdədilər. (gülür) Var, bizdə də var. Bir-iki ilə daha gənc nəsil gələcək. Ona görə də səbirli olmaq lazımdı, belə gözlənilməz qərarlarla heç nə itirmirik axı.

– Amma mənə görə, bağışlamağınız bir gözlənilməz qərar idisə, bağışladıqdan dərhal sonra meydana buraxmağınız ikinci gözlənilməz qərar oldu.
– Bağışlamaq deyəndə ki… Heç kim heç kimdən küsməmişdi. Yenə deyirəm, belə hallar olur.

– Bilirsizmi niyə gözlənilməz idi? Çünki Qurban Qurbanov buna qədər də belə qərarlar vermişdi. Misalçün, Elvin Məmmədov nümunəsi. Elvin transfer dövründə gedəcəyini demişdi, siz isə ondan komandanı dərhal tərk etməsini istəmişdiz və geri qaytarmamışdız. Eləcə də Elnur…
– Yox, onlar özləri də geri qayıtmaq istəməmişdilər axı.

– Qayıtsaydılar, bağışlayacaqdız?
– Baxır, necə olacaqdı danışığımız. Yenə deyirəm, bu uşaqların düşdükləri mühitdən çox şey asılıdı. “Ağıl”, “məsləhət” verənləri kimlərdi bunların… Adam var ki, məsləhətləri dinləyir, sonra analiz edir və ən yaxşı yolu seçir özüyçün. Adam da var, hər sözdən təsirlənir, təsir altına düşür, analiz edə bilmir.  İndi ki söhbət Əfrandan gedir, mən onun özünü də, ailəsini də tanıyıram. Ətrafında elə insan yoxdu ki, yoldan çıxara. İndi Əfrandı da, düşüb beyninə, ondan belə şeylər gözləmək olar. (gülür)

– Ardıcıl xallar itirdiyiniz oyunlardan birindən sonra yeni hücumçu alacağınıza işarə vurmuşduz. Həmin vaxtda Raufun komandadan ayrılacağı haqda söhbətlər də qızışmışdı. İndi həm Raufla, həm də Əfranla, belə deyək, ulduzunuz barışıb. İndi düşünmək olarmı ki, hücumçu almaq istəyinizin üstündən xətt çəkmisiz daha?
– Yox, təkcə hücumçu yox, başqa mövqelərə də futbolçu lazımdı. Mən transfer məsələsində diqqətli olmağa çalışıram. Amma bəzən uğursuz transferlərimiz də olur, görürsən, düşündüyümüzü ala bilmirik futbolçudan. Hücumçu çox mühüm fiqurdu meydanda. Onun seçimində daha çox diqqətli olmaq lazımdı. Dekabr elə aydı ki, müqaviləsi bitən futbolçular çox az olur. Amma yenə də axtarışdayıq.

– Yay transfer dövrünün sizinçün ən uğursuz transferi Mustafadı. Razısız?
– Mustafanın transferi dedikdə… Biz onun bütün oyunlarını izləmişdik və baxışa çağırdıq. Bu 5 ayda ona sadəcə şans vermişdik. Gözlədiyimizi bizə bu müddətdə verməliydi. Onun transfer məbləği də çox azdı. O da özünü sınamaq üçün gəlmişdi. Ümumilikdə götürsək, çox potensiallı futbolçudu. Həm topla davranışı, həm sürəti… Amma xarakter elə şeydi ki, futbolçunun potensialını açmağa imkan vermir.

– Yəni xaraktercə zəif futbolçudu?
– İdmançı xarakteri hardasa bir az aşağıdı. Digər tərəfdən, bizə gələndən iki dəfə zədələnib. Bu da müəyyən problem yaratdı. Həm də bir az çalışqan deyil.

– Yəqin ki, qışda limiti tükənəcək, eləmi?
– Yəqin ki, hə. Hələ bəlkə də daha tez.

– Eşitmişəm ki, klub prezidenti sizə təxminən belə bir təklif edib: qiyməti lap bir milyon olsun, elə bir hücumçu al ki, oyununa baxıb zövq alım. Sizsə bir milyonluq futbolçu istəmirsiz komandada.
– Götürmək istədiyim futbolçuları götürmüşəm.

– Yox, əvvəlcə bundan başlayaq: olubmu belə təklif?
– Yox, bir milyonluq…

– Qiymət şərtidi. Ola bilər, bir yox, dörd-beş milyon deyib…
– Sən məni də şübhələndirdin. (gülür) Tahir bəyin futbolçunun oyunundan zövq almaq xüsusiyyəti var. Amma qiymət məsələsini bir az ağır dedin. (gülür)

– Yaxşı, komandanızda bir milyonluq futbolçu istəyərsiz?
– Bir milyonluq?.. (azacıq düşünür) Məncə, yox, istəməzdim. Bir futbolçuya bir milyon pul versəm, o məni heç uzağa aparmaz. Həm də Azərbaycanda futbolçuya bu qədər pul vermək…

– Ola bilər, xaricdən gətirəsiz…
– Xaricdən gətirmək də bir az düzgün çıxmaz. Çünki milyonluq oyunçu daha yaxşı çempionatda, daha yaxşı şəraiti olan klublarda oynayır. Onu gətirib burda “moral”ini aşağı salmaq da düz olmaz.

– Bəlkə komandanın “moral”ini aşağı salmamaq üçün istəmirsiz?
– Təbii, bir futbolçuya bir milyon pul verməyin komandaya təsirləri ola bilər. Amma mən sizə deyim ki, Azərbaycan get-gedə o səviyyəyə çatacaq, belə qiyməti olan futbolçular olacaq burda da.

– O qiymət verilən futbolçular olacaq, yoxsa o qiymətə dəyən futbolçular?
– Vaxt olacaq ki, gələcəklər.

– Yəni azərbaycanlı futbolçu olacaqmı milyona dəyən?
– Olacaq. İnşallah, olar. Azərbaycanda həmişə təkcə futbolda yox, idmanın bütün sahələrində istedadlar çıxıb ortaya.

– İstedadlar olub, amma heç biri axıradək duruş gətirməyiblər.
– Stabil heç nəyimiz olmayıb axı.

– Elə ona görə soruşdum ki, milyona dəyən futbolçularımız  olacaqmı?
– Bütün ölkələrdə bu şeylər pillə-pillə gedir. Türkiyədə, Rusiyada da belə oldu. Dövlət səviyyəsində futbolumuzun inkişafına maraq var və bu gedişatla bizdə də milyonluq futbolçular olacaq.

– Azərbaycanda bu gün 500 minə alınan oyunçu var. Dəyirmi azərbaycanlı futbolçu 500 minə?
– Niyə də dəyməsin? Biz kənardan düşünə bilərik ki, o pula dəymir. Amma onu alan klubun pulu varsa və həmin mövqedəki boşluğu məhz o oyunçuyla doldura biləcəyini düşünürsə, niyə də verməsin 500 mini? Yəqin klub onda nəsə görür ki, verir də.

– Bəs “Qarabağ”da 500 minə dəyən futbolçu var?
– “Qarabağ”ın bütün futbolçuları 500 minə dəyər. (gülür)

Saleh Arslan

Son yazılar

To Top