big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qurban Qurbanovla bağlı komik OLAY

29.08.2015 , 11:18

Hazırda Ağdamın “Qarabağ” futbol klubunda baş məşqçi postunu tutan Qurban Qurbanov Rusiyanın “Fakel” komandasında futbolçu kimi çıxış etdiyi vaxt komik olay nəticəsində ciddi zədə alıb. Həmin əhvalatı Türkiyənin Antalya şəhərində Rusiya “Krasnodar”ının düşərgəsinə baş çəkdiyi vaxt Lent.az-ın əməkdaşına klubun mətbuat xidmətinin rəhbəri Denis Danilçenko nəql edib.

Qurbanovu tanıdığını deyən Danilçenko komik olayın 2002-ci ildə “Fakel”in məşqində baş verdiyini bildirib. Onun sözlərinə görə, Voronej klubunun o vaxtkı prezidenti və baş məşqçisi, tanınmış rusiyalı futbolçu İvan Sayenkonun qardaşı Eduard Sayenko və onların atası, məşqçi-məsləhətçi İvan Vasilyeviç Sayenko futbolçulardan məşqlərdə qəribə tapşırıqları yerinə yetirməyi tələb edib. Sayenkoların göstərişi ilə oyunçular başlarına boksçu şlemi keçirir və sözün həqiqi mənasında bir-biri ilə kəllə-kəlləyə gəlirmişlər. Ata-bala məşqçilər belə hesab edirlərmiş ki, bu yolla oyun vaxtı futbolçuların başları zərbələrə dözümlü olur.

Digər tərəfdən, Sayenkolar futbolçuların ayaqlarının da möhkəmliyinin “qeydinə qalırmış”. Bunun üçün onlar oyunçulara diyircəkli konkilər geyindirir və asfalt üzərində sürməyi tələb edirmişlər. Belə məşqlərin birində Qurbanov yerə yıxılır və möhkəm zədə alır. Ayaq sümüyü qırılan futbolçu mövsümün sonunadək sıradan çıxır. Baş məşqçi isə bir daha oyunçulara belə tapşırıq verməkdən əl çəkir.

Lent.az uzun müddət mətbuatda çalışmış həmkarımızın sözlərinin nə dərəcədə həqiqətə uyğun olduğunu Qurban Qurbanovun özündən öyrənə bilməyib. Amma Qurbanov və Sayenkolar haqda internet qaynaqlarına nəzər yetirdikdə xəbərin doğruluğuna şübhə yeri qalmayıb. Həqiqətən də Qurbanov 1999 – 2001 və 2002-ci illərdə “Fakel”də çıxış edib. 2003-cü ildə isə o, “Volqar-Qazprom”a keçib. Digər tərəfdən, 2002-ci ilin yanvarından Voronej klubuna Eduard Sayenko baş məşqçi təyin olunub. Maraqlıdır ki, o, klub prezidenti olduğu vaxt baş məşqçi postunu da tutub. Eduard Sayenko məşqçi-məsləhətçi vəzifəsinə atası, uzun illər “Energiya” adlı qadın komandasının baş məşqçisi olmuş İvan Sayenkonu gətirib. Digər tərəfdən, rusiyalı qadın futbolçu Yekaterina Larina “Energiya” komandasında çıxış etdiyi vaxt Sayenkoların futbolçulara bir çox qəribə tapşırıqlar verdiyini açıqlayıb: “Sayenkolarla işləmək mənim üçün çətin idi. Futbolçular onların yanında çox qalmırlar. Bir il oynadıqdan sonra qaçırlar. Mən əvvəllər “Energiya”da məşq etmişəm. Orada bir çox tapşırıqlar mənə qəribə gəlirdi. Məsələn, bizi boksçu şlemləri geyinməyə məcbur edirdilər və başla zərbələr üzərində işləməli idik. Başım çıxmır, bunların hamısı nəyə lazımdır? Axı şlem oyun vaxtı meydançada mənə kömək, müdafiə etməyəcək…”.

Apasport.az

Son yazılar

To Top