Qurban Qurbanovdan sərt qərar
17.01.2019 , 15:12

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Con Delarjla bağlı sərt qərar qəbul edib.
Təcrübəli mütəxəssis konqolu yarımmüdafiəçini ikinci komandaya göndərib. Məlumatı klubun rəsmi saytı da təsdiqləyib. 28 yaşlı futbolçu bundan sonra məşqlərini əvəzedici heyətdə davam etdirəcək.
Futbolçu bu gün Antalyada davam edən təlim-məşq toplanışından Bakıya yola salınıb.
