Futbol

Qurban Qurbanovdan sərt qərar: Mahir Mədətov “Qarabağ”dan uzaqlaşdırıldı

16.04.2018 , 09:49

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının hücumçusu Mahir Mədətovu cəzalandırıb

21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Qurbanov Mahirin hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib.

Qeyd edək ki, Mədətov “Qarabağ”ın “Kəpəz”ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb.

Gənc futbolçu məşqə gecikdiyi üçün təcrübəli mütəxəssis onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir.

Qeyd edək ki, bu yaxınlarda Qurban Qurbanov Elvin Yunuszadəni də əvəzedici heyətə göndərmiş, lakin sonradan onu bağışlamışdı.

Sort7.az 

Son yazılar

Yuxarı