Topaz Premyer Liqasının 16-cı turuna “Qarabağ” – “Kəpəz” oyunu ilə start verildi. Rəqibini 3-1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi turnir cədvəlində liderliyi ələ keçirdi.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qələbəyə belə şərh verib:
“Bu mövsüm “Kəpəz”lə artıq üçüncü dəfədir ki, qarşılaşırıq. Bu, bizim ilk qələbəmiz oldu. Rəqibimizdə müəyyən problemlər olduğundan əsasən gənc futbolçulara güvənmişdi. İnanıram ki, Mahmud Qurbanov komandanı dirçəldə biləcək. Qış fasiləsinədək iki vacib oyunumuz qalıb, gücümüzü toparlayıb bu oyunlara yaxşı hazırlaşmağa çalışacağıq”.
