“Bəlkə də çempionatda vacib 3 xal qazandıq. Belə meydançada və belə azarkeş kütləsi qarşısında oynamaq ağır idi. İki standart vəziyyətdən maksimum istifadə etdik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turunda “Kəpəz”ə qalib gəldikləri oyundan sonra “CBC Sport”a açıqlamasında deyib.
“Şahin Diniyevi təbrik edirəm. O, yaxşı və istəkli komanda formalaşdırıb. Qələbə münasibəti ilə futbolçularımı və komandanın azarkeşlərini təbrik edirəm” – deyə Q.Qurbanov əlavə edib.
