Qurban Qurbanovdan GÖZLƏNİLMƏZ ADDIM
24.11.2023 , 15:22

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Molde” ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, Ağdam klubu bu vacib matça oyundan iki gün qabaq yollanmalı imiş. Lakin komandanın baş məşqçisi Qurban Qurbanov komandasının noyabrın 29-da Norveçə getməsini lazım bilib. Bu o deməkdir ki, komanda oyundan bir gün öncə “Molde” səfərinə yollanacaq.
Qeyd edək ki, Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.
