Bütün futbolçularımızı, qarabağlıları təbrik edirəm. Mövsümboyu onlar çox əziyyət çəkdilər. Sona qədər çalışdılar. Nəticədə bizə yaxşı bir çempionluq nəsib oldu”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib dörüncü dəfə Azərbaycan çempionu olduqları oyundan sonra “CBC Sport”a bildirib.
“Onlar bugünkü qarşılaşmada da öz ənənəvi oyunlarına sadiq qaldılar.
Klubumuzun rəhbərliyini, azarkeşlərini, bütün qarabağlıları təbrik edirəm. Əsgərlərimizə salam göndərirəm. Onlar bizi qoruyurlar”.
