Futbol

Qurban Qurbanova “Şöhrət” ordeni təqdim olundu – FOTO

25.05.2022 , 12:47

Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova ali mükafat təqdim edilib.

Korner.az xəbər verir ki, mükafatı AFFA prezidenti Rövnəq Abdullayev təqdim edib.

AFFA prezidenti Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qurban Qurbanov verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.

Son yazılar

Yuxarı