Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov son günlər "Xəzər-Lənkəran"a transfer olunacağı söylənilən Rauf Əliyevlə bağli fikirlərini bildirdi: "Rauf Əliyevə "Xəzər-Lənkəran"dan təklif var idi. "Xəzər-Lənkəran" rəhbərliyi ilə bir neçə dəfə görüşlərimiz olub. Onların təkliflərini dinləmişik və biz də öz təkliflərimizi bildirmişık. Lakin təklif etdiyimiz məbləğ ilə razılaşmadıqları üçün danışıqlar baş tutmayıb. Əgər məbləğdə razılaşsalar məsələ həll olunmuş olar."
