“Maraqlı oyun oldu. Oyun sistemində dəyişiklik etmişdim”.
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının I turu çərçivəsində bu gün keçirilmiş “İnter” – “Qarabağ” oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov bildirib ki, çempionatın ilk oyunları həmişə ağır olur: “Vaxtımız azdı. “Hefle”ylə çətin səfər oyununa hazırlaşmalıyıq. Bu gün təcrübəsi az olanlara şans vermişdim”.
